Azərbaycan millisindən təklif alan "Zenit"in yetirməsi: "Vətənim Rusiyadı, süni şəkildə başqa ölkəni deyil, öz ölkəmi təmsil etmək istərdim"

Rusiyanın "Orenburq" klubunun müdafiəçisi Artem Kasimov Azərbaycan milli komandasının heyətində mümkün çıxışı ilə bağlı fikirlərini bildirib. 

Presssport.az xəbər verir ki, "Matç TV"yə müsahibə verən "Zenit"in yetirməsi, 21 yaşlı mərkəz müdafiəçisi AFFA-dan təklif alması haqda danışıb.

- Azərbaycanla bağlılığınız var?

Bəli. Bilmədiyim başqa ölkə ilə bağlılığım da mümkündür. Amma əsasən iki ölkə ilə bağlılığım var - Azərbaycan və Rusiya.

- Bakıda qohumların var?

Bakıda yox, ora yaxınlıqda yerləşən Sumqayıtda var.

- Azərbaycanda haqqınızda məlumat varmı? Söhbət milli komandadan gedir...

Hələ “Zenit”də, akademiyada və gənclər komandasında olanda AVRO-nun seçmə mərhələsinə getmək variantım var idi. Lakin sonra imtina etdim, çünki uşaqlıq arzum Rusiya millisində oynamaq idi. Azərbaycan millisinin təklifindən imtina etdikdən iki ay sonra Rusiyanın gənclərdən ibarət yığmasına cəlb olundum. Ona görə də hər şeyi düzgün etdiyimi düşünürəm. Bununla belə, Vətənim Rusiyadır. Süni şəkildə başqa ölkəni deyil, öz ölkəmi təmsil etmək istərdim.

- Gələcəkdə Azərbaycanın əsas komandasında oynamaq variantın qalıb?

Yəqin ki, hər şey mümkündür. Heç nəyi inkar etməyəcəm. Amma hazırda Rusiya yığmasında olmaq istərdim.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC