“Qarabağ”ın 15 yaşadək futbolçulardan ibarət komandası Belarusa yollanıb.
Presssport.az xəbər verir ki, Vüqar Əsgərlinin baş məşqçisi olduğu U-15 Minskdə təşkil olunacaq “Bizim gələcəyimiz” beynəlxalq turnirində iştirak edəcək.
Fevralın 7-10-da keçiriləcək yarışda 16 komanda mübarizə aparacaq. “Qarabağ” B qrupunda BATE, “Olimpik” və “Zvezda” ilə görüşəcək.
Təmsilçimiz bu gün “Zvezda” ilə üz-üzə gələcək. Fevralın 8-də iki görüşə çıxacaq “Qarabağ” öncə “Olimpik”lə, ardınca BATE ilə qarşılaşacaq. Hər qrupdan iki ən yaxşı komanda 1/4 finala adlayacaq.
Bugün
Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC