"Turan Tovuz"un legioneri: "Ümid edirəm ki, indi daha çox qol vurub öz rekordumu qıra bilərəm"

"Turan Tovuz"un braziliyalı legioneri Kristian da Silva öz ölkəsinin mətbuatına danışıb.

Presssport.az xəbər verir ki, 35 yaşlı yarımmüdafiəçi Misli Premyer Liqasında keçirdiyi 8 oyunda vurduğu 2 qoldan bəhs edib: "Həmişə müdafiəyə daha çox diqqət yetirən, komandanın müdafiədən çıxmasına kömək edən və onu əhatə edən oyunçu olmuşam. Buna görə də hücumda nadir hallarda iştirak edirəm. 2024/25 mövsümündə bir az daha sərbəstliyim var və bu, statistikada özünü göstərir. Ümid edirəm ki, indi daha çox qol vurub öz rekordumu qıra bilərəm".

Maraqlıdı ki, Kristian indiyə qədər karyerası ərzində bir mövsümdə 2 qoldan çox vurmayıb. Əlavə edək ki, o, karyerası ərzində APOEL, “ÇFR Kluj”, “Nasyonal”, “Pakoş Ferreyra”, “Feyrense”, “Kasa Pia”, “Akademika Koimbra”, “Sabah” klublarında oynadıqdan sonra bu yay “Turan Tovuz”a keçmişdi.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC