Azərbaycan milli komandasının heyətində dəyişiklik baş verib.
Presssport.az AFFA-ya istinadən xəbər verir ki, son oyunda millimizin kapitanı olmuş Elvin Camalov klubu “Sabah”ın heyətində zədələndiyi üçün heyətdən çıxarılıb.
Onun əvəzinə “Araz-Naxçıvan”ın yarımmüdafiəçisi Vadim Abdullayev milliyə dəvət alıb. Bu, 29 yaşlı futbolçunun milliyə ilk dəvətidi.
Xatırladaq ki, milli komandamız UEFA Millətlər Liqasının qrup mərhələsi çərçivəsində oktyabrın 11-də Tallində Estoniya, oktyabrın 14-də isə Bakıda Slovakiya yığmasıyla qarşılaşacaq.
Bugün
Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC