"Qalatasaray" "Qarabağ"ın və millimizin futbolçusu Toral Bayramovla ciddi maraqlanır.
Presssport.az xəbər verir ki, İstanbul klubunun idman direktoru Cenk Ergün Bakıya gələrək, “Səbail”lə “ASCO Arena”dakı matçda (2:1) canlı izlədiyi, qol müəllifi olan Toralın oyununu bəyənib və klubuna müsbət rəy verib.
Belə ki, "Qalatasaray" diqqətlə izlədiyi 22 yaşlı Bayramovla çox uyğun məbləğ qarşılığında müqavilə imzalamağı hədəfləyib. Futbolçunun transfer dəyəri 800 min avro göstərilir.
Türklər solaxay Toraalın müdafiənin hər 2 cinahında oynaya bilməsinə də önəm verir.
Onu da bildirək ki, “Cim-Bom” müdafiənin sol cinahı üçün “Hannover-96”nın Qana əsilli almaniyalı futbolçusu Derrik Köhni də nəzərdən keçirir. Onun transfer qiyməti Bayramovdan bahadı - 3 milyon avro. “Qalatasaray”ın 25 yaşlı bu oyunçusu gələcəkdə satın almaq imkanıyla icarəyə götürməklə bağlı II Bundesliqa təmsilçisinə təklif göndərdiyi də Türkiyə mətbuatında yer alıb.
Xatırladaq ki, Toral 2026-cı ilədək müqaviləsi olduğu “Qarabağ”da bu mövsüm ümumilikdə 35 oyunda 8 qol, 1 məhsuldar ötürmə ilə yadda qalıb. Onun millimizin heyətində 19 oyunda 1 qolu var.
Bugün
Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC