"Neftçi" Qriqorçukla yolları ayırır? - bu gün son nöqtə qoyulacaq

“Neftçi” baş məşqçisi Roman Qriqorçukla yollarını ayırmağı planlaşdırır.

QOL.az Ukrayna mətbuatına istinadən xəbər verir ki, 59 yaşlı mütəxəssis özü klub rəhbərliyinə komandadan getmək istədiyini bildirib.

Belə ki, Qriqorçuk "Neftçi"dən getməyə hazır olduğunu və müqaviləyə vaxtından əvvəl xitam veriləcəyi üçün heç bir təzminat tələb etməyəcəyini də qeyd edib.

Bu gün klub rəhbərliyi ilə Qriqorçuk arasında görüş olacağı və ukraymalı mütəxəssislə bağlı qərarın veriləcəyi vurğulanıb.

"Neftçi" çempionatda 9 turdan sonra cəmi 5 xalla 9-cu yerdədir. Premyer Liqada ardıcıl 10 oyundur ki, qələbə qazanmayan "ağ-qaralar" tarixinin ən uğursuz dövrünü yaşayır. 

Xatırladaq ki, Qriqorçuk bu mövsümün əvvəlində “Neftçi” ilə 2 illik müqavilə imzalayıb.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC