Elvin Cəfərquliyev: "Üzərimizdə hər hansı basqı yoxdu"

“Çətin də olsa, vacib qələbə qazandıq. Sumqayıtlı azarkeşlərə təşəkkür etmək istərdim. Onların sayəsində oyun maraqlı keçdi. Stadionda möhtəşəm atmosfer var idi. Qolu mənim, yaxud bir başqasının vurması önəmli deyil. Əsas odur ki, qalib gəldik”.

Presssport.az xəbər verir ki, bu sözləri “Qarabağ”ın müdafiəçisi Elvin Cəfərquliyev Misli Premyer Liqasının 9-cu turunda səfərdə “Sumqayıt” üzərində qazanılan 1:0 hesablı qələbəni şərh edərkən deyib.

O, “Malmö”yə məğlubiyyətdən sonra komandada hər hansı psixoloji gərginlik yaranmadığını bildirib: “Heç bir psixoloji amil yox idi. Komandamızda yetərincə təcrübə var. Belə hallara əvvəllər də düşmüşük, vəziyyətdən çıxmışıq da. Üzərimizdə hər hansı basqı yoxdur”.

24 yaşlı futbolçu Misli Premyer Liqasında bu mövsümü ötən mövsümlə müqayisə edə bilməyəcəyini söyləyib: “Amma çətin oyunlarımız oldu. İlk dövrənin asanlıqla keçdiyini söyləmək olmaz”.

Cəfərquliyev qarşıdakı fasilənin heç də bütün futbolçular üçün faydalı olacağını düşünmür: “Məncə, milliyə getməyən futbolçular üçün bu fasilə xeyirli olacaq. Amma biz millinin düşərgəsinə yollanırıq deyə istirahət edə bilməyəcəyik”. 

“Qarabağ”ın üzvü millinin qarşıdakı Estoniya ilə matçında da söz açıb: “Çətin oyun olacaq. Səfərdə çıxış edəcəyik. Bununla belə, əlimizdən gələni edəcəyik ki, qələbə qazanaq”.

E.Cəfərquliyevin fikrincə, oktyabrın 11-də Estoniyada qeydə alınacaq nəticə 3 gün sonra Bakıda Slovakiyaya qarşı keçiriləcək matçın azarkeş marağına təsir göstərə bilər: “Azarkeşlərin marağı millinin performasından asılıdır. Qələbələr qazandıqca azarkeşlər də stadiona daha çox gələcəklər. Məncə də, Estoniya səfərində qələbə qazansaq, Slovakiya ilə matçda azarkeşlər gəlib bizə dəstək olarlar” (qol.az).

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC