“Məqsədlərim var idi. Mənə təqdim olunan layihə və Çempionlar Liqasında oynamaq ehtimalı xoşuma gəldi. Uşaqlıq arzum bu turnirdə oynamaq idi və ona görə klubumu dəyişdim”.
Presssport.az xəbər verir ki, bu fikirləri “Qarabağ”ın brazliyalı futbolçusu Olavio Juninyo Portuqaliya mətbuatına danışarkən deyib. Bu ölkənin "Çaveş" klubundan Ağdam təmsilçisinə gələn 28 yaşlı hücumçu bu addımı Çempionlar Liqasında oynamaq üçün atdığını gizlətməyib: "Bəli, bu turnirin qrup mərhələsinə düşə bilməmişik, amma Avropa Liqasında oynayırıq və inkişaf mərhələsindəyik. "Bayer"lə matç möhtəşəm alınmışdı. Bu görüşlər tamamilə xəyal idi. Burda fərqi atmosfer yaşadıq. Qrup mərhələsini yaxşı keçirdik. Bu mənim üçün yeni bir şey idi. İnanılmaz təcrübə oldu".
Juninyo “Qarabağ”da özünü yaxşı hiss etdiyini söyləyib: “Bu mövsüm kifayət qədər uğurlu çıxış edirəm. Oyun tərzim komandaya və baş məşqçiyə uyğundu. Azərbaycana tez uyğunlaşa bildim. Səninlə yaxşı rəftar edildikdə ora aid olmağın asandır. Riçard Almeyda mənə çox kömək etdi. O, uzun illərdir ki, burada yaşayır. Almeydaya minnətdaram”.
Olavio qarşıda onları "Braqa" ilə Avropa Liqasının pley-off oyunları gözlədiyini və gözləntisini açıqlayıb: "Düşünürəm ki, həm bizim, həm də Portuqaliya klubu üçün çox çətin olacaq. Bu komanda çox yaxşı oynaya bilir. Amma yolumuza davam etmək üçün oyunumuz haqqında daha çox düşünəcəyik".
Xatırladaq ki, Jununyo debüt mövsümünü keçirdiyi Premyer Liqamızda 14 qolla bombardirdi.
Bugün
Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC