Azərbaycan badmintonçuları Uqandanın paytaxtı Kampalada keçirilən "International" seriyalı beynəlxalq turnirdə bürünc medal qazanıb.
Badminton Federasiyasının mətbuat xidmətindən Presssport.az-a verilən məlumata görə, "Uganda International Series 2024" turnirində yarımfinala kimi irəliləyən Era Maftuha yarışı üçüncü sırada başa vurub.
O, Uqanda, BƏƏ və Maldivi təmsil edən rəqiblərini məğlub edərək qadınların şəxsi yarışında bürünc medal qazanıb. Badmintonçu finalın bir addımlığında turnirin qalibi olan Malayziya təmsilçisi Loh Zhi Veiyə 3 setin yekununda məğlub olub.
Kişi badmintonçuların qoşa yarışında Aqil Qəbilov ilə Diki Panqestu Malta, Şotlandiya və İtaliyanı təmsil edən badmintonçuları mübarizədən kənarlaşdırıb. Yarımfinala yüksəlməklə bürünc medalı təmin edən cütlük bu mərhələdə hindistanlı rəqiblərinə hər iki setdə uduzub.
Bugün
Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC