Azərbaycanın minifutbol üzrə U-23 millisinin dünya çempionatının qrup mərhələsində qarşılaşmalı olduğu rəqiblərin dəyişməsinin səbəbi müəyyənləşib.
Bu barədə Presssport.az Azərbaycan Minifutbol Federasiyasının (AMF) mətbuat katibi Sərxan Abışov məlumat verərək, bəzi ölkələrdə viza və səfərlə bağlı problemlər yarandığından müəyyən dəyişikliklərin olduğunu aaçıqlayıb.
Belə ki, Misir və İraq təmsilçiləri hava yollarının bağlı olması səbəbindən mundiala qatıla bilməyib. Mavritaniya komandasının isə viza problemi yaranıb. Nəticədə təşkilatçılar püşkatma keçirərək komandalar yenidən qruplara bölünüb".
Xatırladaq ki, Rəcəb Fərəczadənin komandası əvvəlcə Kolumbiya, Slovakiya və İraqla birlikdə B qrupunda yer almışdı. Dəyişikliklərdən sonra komanda eyni qrupda Serbiya, Hindistan və Çexiyanın 23 yaşadək futbolçulardan ibarət yığmalarıyla mübarizə aparıb. İlk matçda serblərə 1:5 hesabıyla uduzmuşuq.
Bugün
Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC