Azərbaycan kamandan oxatanları Tacikistanda keçirilən Prezident Kubokunda bürünc medal qazanıb.
Presssport.az xəbər verir ki, ölkə rəhbəri Emoməli Rəhmonun şərəfinə Xücənd şəhərində təşkil olunan beynəlxalq turnirdə Fatimə Hüseynli və Məhəmmədəli Əliyev komanda yarışında bürünc medala yiyələnib.
Təmsilçilərimiz Rusiya, İran, Sudan, Özbəkistan, Gürcüstan, Qazaxıstan, Türkmənistan, Qırğızıstan da daxil olmaqla ümumilikdə 15 ölkə idmançıları ilə mübarizə aparıb.
Xatırladaq ki, Fatimə Hüseynli və Məhəmmədəli Əliyev avqustda Azərbaycanda keçirilən kamandan oxatma üzrə ölkə birinciliyi və çempionatının fərdi yarışlarında müvafiq olaraq qızıl və gümüş medala sahib çıxıb.
Bugün
Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC