Azərbaycanlı futbolçu Sertan Taşkın "Manisa"da debüt edib. Presssport.az xəbər verir ki, sağ cinah müdafiəçisi Türkiyə I Liqasında XVIII turun “Kocaelispor"la bugünkü oyununun iştirakçısı olub. Sertan 90 dəqiqə oynayıb. Görüş onun yeni komandasının 2:1 hesablı qələbəsiylə başa çatıb. "Manisa" hazırda 22 xalla 10-cu pillədə qərarlaşıb. Xatırladaq ki, 27 yaşlı Taşkın Türkiyə klubuna "Turan Tovuz"dan keçib.
Bugün
Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC