UEFA Avropa Liqasının Liqa mərhələsinin III turunda “Beşiktaş”ı qəbul edəcək Fransanın "Lion" klubu qonaqların azarkeşlərinin stadiona girişini qadağan edəcək.
Presssport.az xəbər verir ki, meydan sahibləri 7 il əvvəl baş vermiş insident və digər qayda pozuntularının təkrarlanmasının qarşısını almaq məqsədi ilə bu addımı atıb.
Belə ki, 2017-ci ildə Avropa Liqasının 1/4 final mərhələsinin “Lion”un “Beşiktaş”ı qəbul etdiyi ilk qarşılaşmada türkiyəli azarkeşlər tribunaların yuxarı mərtəbələrindən stadiona tərəf fişənglər atıb. Bu səbəbdən matç başlamalı olduğu vaxtdan gec start götürüb.
Xatırladaq ki, "Lion" Avropa Liqasının Liqa mərhələsinin V turunda "Qarabağ"la qarşılaşacaq. Həmin matç noyabrın 28-də Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq.
Bugün
Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC