Boks millimiz dünya birinciliyinə hazırlığı Yanqiabadda davam etdirəcək

Azərbaycanın gənc boksçulardan ibarət millisi Monteneqronun Budva şəhərində keçiriləcək dünya birinciliyinə hazırlığı Özbəkistanda davam etdirəcək.

Presssport.az Boks Federasiyasının mətbuat xidmətinə istinadxə xəbər verir ki, yığmamız Daşkənd vilayətinin Yanqiabad şəhərində ev sahibləri, Ukrayna, Tacikistan və Belarus millisi ilə təşkil olunacaq məşqlərə 13 boksçu ilə yollanıb.

Məşqçilər korpusu hazırlığa Bilalhəbaşi Nəzərov (48 kq), Zidan Hümbətov (51 kq), Ömər Aslanlı (54 kq), Tağı Nəsibov (57 kq), Məhəmmədəli Qasımzadə (60 kq), Əli Abdullayev (63,5 kq), Ziya Həsənov (71 kq), Abbasqulu Şadlinski (75), Lalə Mədətova (48 kq), Cəmilə Sultanlı (50 kq), Aynur Mikayılova (57 kq), Qızbəs İsgəndər (60 kq) və Emili Rzayevanı (63 kq) cəlb edib.

Bu gün başlayacaq toplanış oktyabrın 17-də yekunlaşacaq.

Onu da bildirək ki, ünya çempionatı oktyabrın 22-dən noyabrın 3-dək keçiriləcək.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC