Ehtiram Quliyev: "Nailiyyət gəldikcə bizi istəməyənlər həddindən artıq artıb, səbəbibi başa düşmədiyim, sifarişini hardan alındığı məlum olmayan təzyiqlər gəlib üzərimizə"

“Turan Tovuz” azarkeşlərini təbrik edirəm - həm ilk dövrənin bitməsi, həm də bugünkü oyunda qazanmış olduğumuz qələbə münasibətilə. Bu qələbəmizi “Turan”ın yaradıcısı, ilk prezidenti, ilk rəhbəri olmuş Vidadi Əhmədovun 70 illik yubileyinə həsr edirik. Hərçənd, bir qələbə onun göstərmiş olduğu əziyyətlərin əvəzini görməz. Amma kiçik də olsa, biz də öz növbəmizdə bunu “Turan” azarkeşləri adından Vidadi müəllimə həsr edirik".

Presssport.az xəbər verir ki, bu fikirləri “Turan Tovuz”un PFK-nin İdarə Heyətinin sədri Ehtiram Quliyev klubun internet televiziyasına danışarkən deyib.

O, Misli Premyer Liqasında ilk dövrənin son turunda “Zirə”ni Tovuzda 1:0 hesabıyla məğlub etdikləri matçı şərh edərkən maraqlı məqamlara toxunub: “Gözəl oyun oldu. Komandamız çox gözəl, mübariz, əzmkar oyun göstərərək qələbə əldə elədi. Bu da əlavə olaraq bizi qürurlandırır. Nailiyyət gəldikcə bizi istəməyənlər, haqqımızda mənfi düşüncədə olanlar həddindən artıq artıb. Səbəbibi başa düşmədiyim, sifarişini hardan alındığı məlum olmayan təzyiqlər gəlib üzərimizə. Amma biz “Turan”ıq, bu təsirlərin də altından çıxacağıq və bunlara əhəmiyyət vermirik. Azarkeşləri birlik olmağa, komandanın qələbədən qələbəyə səsləməyə dəvət edirəm. Və ən vacibi, bütün azarkeşləri “Turan Tovuz” PFK-nın internet TV-sini bəyənməyə dəvət edirəm. Bizi, bizdən olan xəbərləri artıq özümüzdən dinləyin. Ən düzgün, ən doğlun informasiyanı sizə ancaq biz çatdıraraq. Var olun və təbriklər!”.

Xatırladaq ki, tovuzlular ilk dövrəni 2-ci yerdə bitirərək lider “Qarabağ”dan 3 xal geri qalıb.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC