Misli Premyer Liqasında sentyabr üçün “Ayın qolu” layihəsinin qalibi müəyyənləşib.
Presssport.az xəbər verir ki, bu barədə PFL-in mətbuat xidməti məlumat yayıb.
Belə ki, 5 qol arasında "Araz-Naxçıvan"nın üzvü Bernardo Dias sentyabrın 13-də VI tur çərçivəsində “Kəpəz”ə “Liv Bon Dea Arena”da vurduğu qol ən çox emoji toplayıb. Braziliyalı yarımmüdafiəçi 62-ci dəqiqədə meydana daxil olub, 76-cı dəqiqədə matçın taleyini həll edən qola imza atıb.
Qalibə Misli və PFL tərəfindən mükafatlar təqdim olunacaq.
Xatırladaq ki, yeni mövsümdə ilk qalib avqust ayının ən yaxşı qolunun müəllifi seçilmiş "Sumqayıt"ın hücumçusu Kamran Quliyev olub.
Bugün
Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC