Azərbaycan klubunda qısa müddət çıxış etmiş "Zenit"in kapitanı: "Bakıda yaxşı qidalanırdıq, ilk dəfə idi ki, səhər yeməyində qara kürü yeyirdim"

Rusiyanın "Zenit" qadın futbol klubunun kapitanı Kseniya Tsıbutoviç Azərbaycanda qısa müddətlik karyerasını xatırlayıb. 

Pressssport.az istinadən xəbər verir ki, "Gömrükçü"də çıxış etmiş rusiyalı futbolçu ölkəmizdə onlara qarşı xoş münasibətin olduğunu söyləyib: "Azərbaycandakı karyeram haqda nə deyə bilərəm? Düzü, özüm harasa getmək haqda düşünmürdüm. "Çertanovo"ya əcnəbi məşqçi gəldi və dedi ki, Çempionlar Liqası üçün futbolçu lazımdı. Ayrılmaq istəyib-istəmədiyimizi də soruşmadılar. Sadəcə, bizi Azərbaycana "Gömrükçü" klubuna göndərdilər və bu, icarə əsasında baş verdi. Həmin an Çempionlar Liqasının nə olduğunu və hansı səviyyəli rəqabət olduğunu da bilmirdim. İki həftə məşq etdik, daha sonra oyuna çıxdıq və iki oyunda da uduzduq. Belədə, turnirdən kənar qaldıq. Sonradan isə Rusiyaya qayıtdıq. Amma xatırladığım məqamlar var. Xüsusilə də, əla məşq meydançalarını, futbol bazalarını xatırlayıram. Komandada işləyənlər də çox qonaqpərvər idi. Yaxşı qidalanırdıq. İlk dəfə idi ki, səhər yeməyində qara kürü yeyirdim".

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC