Roman Qriqorçukun "Neftçi"nin baş məşqçisi postundan gedişindən sonra müvəqqəti olaraq bu vəzifəni daşıyacaq şəxs müəyyənləşib.
Klubdan Presssport.az-a verilən məlumata görə, “ağ-qaralar”ı növbəti oyuna ukraynalı mütəxəssisin köməkçisi olmuş Sənan Qurbanov hazırlayacaq.
44 yaşlı mütəxəssis yeni baş məşqçi təyin olunanadək müvəqqəti məşqçi vəzifəsini icra edəcək. Bu yerdə bildirək ki, Misli Premyer Liqasının X turunda “Neftçi” “Səbail”i qonaq edəcək.
Həmin görüş oktyabrın 19-da “Neftçi Arena”da saat 18:00-da baş tutacaq.
Qriqorçukun özüylə bu yay gətirdiyi əcnəbi köməkçilər də gedib. Bunlar litvalı əsas köməkçisi Saulius Sekanaviçus, italiyalı Ciordano Domeniko (fiziki hazırlıq üzrə məşqçi) və belaruslu Aleksandr Ajintsovdu (məşqçi-reabilitoloq). Yerli məşqçi, qapıçılarla işləyən Emil Babayev də komandada qalıb.
Xatırladaq ki, Qurbanov 2023-cü il avqustun 14-də "Neftçi"yə rumıniyalı Adrian Mutunun baş məşqçiliyi dövründə yerli köməkçisi kimi təyin edilib. PRO kateqoriyalı məşqçi Qriqorçukun “Qəbələ”də də köməkçisi olmuş, gedişindən sonra isə baş məşqçi təyin edilmişdi.
Bugün
Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC