Azərbaycanın minifutbol üzrə U-23 millisi Xorvatiyanın Malıy Loşin şəhərində təşkil olunan dünya çempionatının qrup mərhələsində sonuncu matçını keçirib.
Presssport.az xəbər verir ki, Çexiyanın müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşan Rəcəb Fərəczadənin komandası 0:2 hesabı ilə məğlub olub.
Nəticədə qrupda 3-cü yeri tutaraq 1/4 finala yüksələn yığmamız İngiltərəyə rəqib olub. Sözügedən qarşılaşma bu gün, Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.
Xatırladaq ki, millimiz qrup mərhələsində keçirdiyi ilk oyunda Serbiyaya 1:5 hesabı ilə uduzub, 2-ci görüşdə isə Hindistandan üstün olub - 16:0.
Bugün
Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC