Boks yığmamız Sofiyaya Avropa çempionatına 13 idmançıyla yollanacaq - SİYAHI

Azərbaycan millisi Bolqarıstanın paytaxtı Sofiyada keçiriləcək 22 yaşadək (U-22) boksçular arasında Avropa çempionatında qüvvəsini sınayacaq.

Presssport.az Boks Federasiyasının mətbuat xidmətinə istinadən xəbər verir ki, məşqçilər korpusu yarışda 13 idmançıya şans verəcək.

Mükafatlar uğrunda Tural Sarıyev (48 kq), Nicat Hüseynov (51 kq), Amin Məmmədzadə (54 kq), Kamil Babayev (57 kq), Ruslan Qədirov (63,5 kq), İlqar Salahov (67 kq), Şəmsi Şahbazov (71 kq), Fərhad Şeydayev (75 kq), Murad Allahverdiyev (80 kq), Seyid Seyidov (86 kq), Mehparə Məmmədov (48 kq), Marjona Savriyeva (50 kq) və Zeynəb Rəhimova (54 kq) mübarizə aparacaq.

Avropa çempionatında ədalət təmsilçiləri sırasında beynəlxalq dərəcəli hakim Anar Nağdiyev də yer alacaq.

Oktyabrın 12-də startı veriləcək turnir 9 gün davam edəcək.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC