"1-ci dövrə bizim üçün yaxşı keçmədi, bəzi oyunlarda qələbə qazanmağa borclu idik" - Rövlan Muradov

Misli Premyer Liqasında mövsümün geridə qalan I dövrəsində ümidləri doğrultmayan “Sumqayıt”ın futbolçusu Rövlan Muradov müsahibə verib.

Presssport.az 26 yaşlı yarımmüdafiəçinin müsahibəsini təqdim edir:

- "Sumqayıt" "Qarabağ"la oyunda gözləniləndən yaxşı təsir bağışlasa da, yekunda xal qazanmaq mümkün olmadı. Ağdam təmsilçisi ilə oyun barədə nə deyə bilərsən?
- Düşündüyümüz qədər ağır və çətin oyun oldu. Döyüşdük, sona qədər mübarizə apardıq. Amma əfsuslar olsun ki, xal və ya xallar qazana bilmədik. Artıq bu matçı unudub qarşıdakı görüşlərə köklənəcəyik.

- Mövsümün 1-ci dövrəsində "Sumqayıt" güman ediləndən zəif göründü...
- 1-ci dövrə bizim üçün yaxşı keçmədi. Bəzi oyunlarda qələbə qazanmağa borclu idik. Ancaq çempionat hələ davam edir. Uzun marafonun böyük hissəsi irəlidədir. Yalnız onu deyə bilərəm ki, daha yaxşı olacağına ümid edirəm.

- Milli komandaların oyunları ilə əlaqədar yaranan fasilə "Sumqayıt"ın toparlanmasına yardımçı ola bilərmi?
- Düşünürəm ki, yaxşı təsir edəcək. Bu, səhvlərimiz üzərində işləmək, oyunumuzu yaxşılaşdırmaq baxımından fürsətdir. Samir müəllimin (baş məşqçi Samir Abasovu nəzərdə tutur - red.) verdiyi tapşırıqları yerinə yetirməliyik. Qarşıdakı turlarda daha yaxşı oyun sərgiləyəcəyimizə və nəticələr qazanacağımıza inanıram (fanat.az).

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC