Bu gün minifutbol üzrə Azərbaycanın U-23 yığması dünya çempionatında növbəti oyununa çıxıb.
Presssport.az. xəbər verir ki, Rəcəb Fərəczadənin komandası Xorvatiyanın Malıy Loşin şəhərində təşkil olunan turnirin yarımfinalında Çexiya yığması ilə üz-üzə gəlib.
Bakı vaxtı ilə saat 11:30-da başlayan qarşılaşma çexlərin 4:1 hesablı qələbəsi ilə başa çatıb. Millimiz bürünc medal uğrunda görüşdə Slovakiya - Serbiya cütünün məğlubu ilə qarşılaşacaq.
Xatırladaq ki, millimiz qrupda Çexiyaya 0:2 hesabı ilə uduzub, İngiltərəyə 3:0 hesabı ilə qalib gəlib.
Bugün
Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC