"Ötən il Avropa çempionatının seçmə mərhələsində bu komandadan cəmi 1 xal ala bilmişdik. Bizi asan görüşün gözlədiyini deyə bilmərik. Amma yaxşı nəticə əldə etməyə çalışacağıq".
Presssport.az xəbər verir ki, bunu Estoniya millisinin baş məşqçisi Yurgen Henn Tallində Azərbaycan yığmasına qarşı keçirəcəkləri UEFA Millətlər Liqasının qrup mərhələsinin III turunun matçından əvvəl mətbuat konfransında deyib.
37 yaşlı estoniyalı mütəxəssis Azərbaycan milli komandamızın kifayət qədər layiqli rəqib olduğunu söyləyib: “Onların sürətli və keyfiyyətli futbolçuları çoxdur. Buna diqqət yetirməliyik”.
Xatırladaq ki, Estoniya - Azərbaycan qarşılaşması oktyabrın 11-də, Bakı vaxtı ilə saat 20:00-da “Lilleküla” stadionunda keçiriləcək.
Bugün
Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC