Kaşuk uzun müddət gözlədiyi debütü haqda: "Bu an üçün necə də darıxmışdım, 11 çətin aydan sonra ilk 60 dəqiqə..."

"Qarabağ"ın futbolçusu Aleksey Kaşuk “İnstagram”dakı şəxsi hesabında paylaşım edib.

Presssport.az xəbər verir ki, 23 yaşlı ukraynalı sağ cinah yarımmüdafiəçisi Ağdam klubundakı debütündən yazıb: "Bu an üçün necə də darıxmışdım, 11 çətin aydan sonra ilk 60 dəqiqə...Uzun müddətdir gözlədiyim an, debütüm, ilk qələbəm, ən çox sevdiyiniz işi yenidən etmək kimi heyrətamiz hiss baş tutdu. Amma qarşıda hələ uzun və həyəcanlı bir yol var, gəlin, əylənək. Qaranlıq günlər arxada qaldı, parıldamağın və geridə buraxdıqlarımı geri almağın vaxtı çatdı. Tezliklə görüşərik".

Xatırladaq ki, “Qarabağ” Kaşukla 3 illik müqavilə imzalayıb.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC