"Araz-Naxçıvan"ın 4 futbolçusu hazırlıqdan kənarda qalıb

Azərbaycan millisinin rəsmi oyunlarına görə Misli Premyer Liqasında yaranmış fasilə ilə əlaqədar 3 gün istirahət edən "Araz-Naxçıvan"ın üzvləri məşqlərini bərpa edib.

Presssport.az xəbər verir ki, fasilədən sonra ilk məşq yüngül təmrinləri yerinə yetirməklə keçib. Vadim Abdullayev Azərbaycan, Kristian Avram isə Moldova millisinin düşərgəsində olduğuna görə hazırlıq prosesinə qatılmayıb.

Onlardan başqa, zədəli Ramin Nəsirli və reabilitasiya prosesi keçən Karlos Jatoba komandaya qoşulmayıb.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC