Azərbaycan milli komandasının müdafiəçisi Abbas Hüseynov UEFA Millətlər Liqasının Estoniya yığması ilə matçından öncə keçirilən mətbuat konfransında iştirak edib.
Presssport.az xəbər verir ki, 'Qarabağ"ın sağ cinah müdafiəçisi oyuna yaxşı hazırlaşdıqlarını söyləyib: “Komandada çox yaxşı ab-hava var. Sabah meydandan yaxşı nəticə ilə ayrılmaq üçün əlimizdən gələni edəcəyik. Qələbə qazanıb Vətənə 3 xalla qayıdacağımıza inanıram”.
Məlumdu ki, Abbas ağır zədədən qayıdıb. Maraqlıdı, 29 yaşlı futbolçu özünü nə qədər hazır hiss edir?: “Çalışıram ki, optimal formama yaxın olum. Əvvəlkindən də daha yaxşı olmaq üçün əlimdən gələni edirəm. İnanıram ki, daha da yaxşı olacam”.
Bugün
Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC