Arif Əsədov budəfəki bütün potensial rəqibləri çətin sayır: "Yeni gələn məşqçi üçün elə də böyük problem olmaz"

“Rəqiblərə o formada bölməmişəm ki, bu, bizə düşsün, o yox. Təbii ki, II səbətdəyik və 1-ci səbətdən olan Rumıniya, İsveç C Liqasından üstün görünə biləcək yığmalardı”. 

Bu fikirləri Presssport.az-a açıqlamasında milli komandamızın məşqçisi Arif Əsədov deyib.

Fevralın 8-də Fransanın paytaxtı Parisdə keçiriləcək UEFA Millətlər Liqası turnirinin 2024/25 mövsümünün püşkatma mərasimində iştirak edəcəyini diqqətimizə çatdıran 54 yaşlı mütəxəssisdən gözləntilərini öyrəndik. Məlumdu ki, C Liqasının II səbətində qərarlaşan Azərbaycan yığmasının potensial rəqibləri məlumdu. Millimiz I səbətdən Rumıniya, İsveç, Ermənistan, Lüksemburq, III səbətdən Şimali Makedoniya, Slovakiya, Şimali İrlandiya, Kipr, IV səbətdən isə Belarus, Estoniya, Latviya, Litva/Cəbəllütariq cütünün qalibi olacaq komandalardan formalaşacaq qrupda yer alacaq. UEFA İcraiyyə Komitəsinin qərarına əsasən, C liqasının 1-ci səbətində yer alan Ermənistan millimizə rəqib ola bilməz.

Əsədov püşkdən əvvəl özü üçün seçim etmədiyini diqqətimizə çatdırıb: “Bu, püşkatmadı, bizdən asılı deyil. Kim düşsə, onunla da oynayacağıq. Püşkatmadan sonra artıq qrupumuzu dəyərləndirə bilərik ki, hansının potensialı var, gücü nədi, bizim gücümüz nədi, biz nə edə bilərik. Püşkə qədərsə o barədə düşünməmişəm ki, potensial rəqiblərdən hansılar münasibdi, hansılar çətindi".

Əsədovun sözlərinə görə, I səbətdə bütün yığmalar güclüdü: “Təbii ki, burda Lüksemburq kiçik ölkə kimi qiymətləndirilə bilər. Lakin son illərdə onlarda oyun baxımından inkişafı nəzərə alsaq, zəif demək olmaz. Biz özümüz Lüksemburqla son vaxtlar bir neçə tsikldə düşdüyümüzdən gördüyümüz, tandıığımız, gücünü bildiyimiz yığmadı. Buna görə deyə bilərəm ki, üçü də bərabərsəviyyəli güclü rəqiblərdi. Ümumiyyətlə, bu yığmalar daha yuxarı liqalarda çıxş etməyə layiqdi. Misal üçün İsveç yığması dünya, Avropa çempionatının seçmə mərhələsində III səbətdə yer alır. Yaxud Rumıniya millisi bu il keçiriləcək AVRO-2024-ün iştirakçısı olacaq. Sadəcə, Millətlər Liqasında zəif çıxış edərək reytinq baxımından da aşağı düşüblər. Eləcə də II səbətdəkilər də güclüdü. Ümumiyyətlə, budəfəki bölünmələr daha fərqlidi, rəqiblər daha çətindi. Belə götürsək, bütün səbətlərdə tandığımız rəqiblər də var ki, hansılarla son illərdə oynamışıq. Slovakiyanı elə Millətlər Liqasında üstələdik, amma indi həminki yığma deyil. Təsadüfi deyil ki, görürük AVRO-2024-ə da vəsiqə qazanıb”.

Məlumdu ki, millimizin yeni baş məşqçisi hələ də təyin olunmayıb, bu məsələdə qeyri-müəyyənlik var. Əsədovdan belə vəziyyət haqda da soruşduq: “Təbii ki, vaxta hələ var. Bunlar nəzərə alınır ki, Millətlər Liqası hələ sentyabrda olacaq. Məncə, gələn məşqçi üçün - əgər gətiriləcəksə - elə də böyük problem olmaz. Biri var ki, seçmə mərhələ tez başlasın, misal üçün Nikola Yurçeviç gələndə start martda idi, onu yanvar-fevralda təyin etdilər. Bunu daha çətin yanaşma kimi qiymətləndirmək olar. Amma indi hazırlıq, tanımaq üçün vaxt var. Bu üzdən elə problem görmürəm”.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC