Azərbaycanın 6 cüdoçusu bu gün Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə start götürəcək "Böyük Dəbilqə"də mübarizəyə başlayacaq.
Presssport.az xəbər verir ki, kişilərdən Balabəy Ağayev, Hüseyn Allahyarov (hər ikisi 60 kq), Ruslan Paşayev və Rəşad Yelkiyev (hər ikisi 66 kq) tatamiyə çıxacaq.
Qadınlardan Leyla Əliyeva (48 kq) və Acelya Toprak (57 kq) çıxış edəcək.
Xatırladaq ki, turnir oktyabrın 12-də başa çatacaq.
Bugün
Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC