"Azərbaycanda özümü evimdəki kimi hiss edirəm. Bura çox sakitdi, əla yerdi, ölkənizdə yaşamaq ürəyimcədi".
Presssport.az xəbər verir ki, bunu "Sumqayıt" basketbol klubunun yeni transferi Andrey Mateyunas klubun mətbuat xidmətinə açıqlamasında deyib.
Rusiyalı oyunçu "gənclik şəhəri" təmsilçisinin hədəflərindən və kollektivdəki ab-havadan danışıb: “Təbii ki, azarkeşlərimizi parlaq oyunla və qələbələrlə sevindirmək istəyirik. Hazırda əsas məqsədimiz mövsümə uğurlu start verməkdi. Çox istərdim ki, azarkeşlər həmişə yanımızda olsun, oyunlara gəlib bizi dəstəkləsin. Onların sevinməsi üçün əlimizdən gələni edəcəyik”.
Mateyunas ölkəmizi və Sumqayıt şəhərini çox bəyəndiyini söyləyib: “Konkret Sumqayıtdan danışmaq lazım gəlirsə, onu deməliyəm ki, mən gələndə burda çimərlik mövsümünə yekun vuruldu. Amma şəhərə söz ola bilməz. Çox sakit şəhərdi”.
Xatırladaq ki, Azərbaycan Basketbol Liqasında 2024/2025 mövsümünə oktyabrın 18-də start veriləcək.
Bugün
Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC