Bakıya səfər edən Məsut Özil "Qarabağ" klubunun qonağı olub.
Presssport.az xəbər verir ki, 35 yaşlı keçmiş yarımmüdafiəçi "Azərsun Arena"da "köhlən atlar"ın açıq məşqini izləyib.
Hazırlıq prosesini ölkəmizdə səfərdə olan professor İrfan Gündüzün rəhbərlik etdiyi nümayəndə heyəti, Ağdam təmsilçisinin rəsmi şəxsləri və çox sayda azarkeş də izləyib.
Ardınca ulduz futbolçu baş məşqçi Qurban Qurbanov və futbolçularla görüşüb.
Xatırladaq ki Özil karyerası ərzində Almaniyada "Şalke", "Verder", İspaniyada "Real", İngiltərədə "Arsenal", Türkiyədə "Fənərbağça" və "Başakşehir" kimi klubların formasını geyinib. O, 2014-cü ildə Almaniya yığması ilə dünya çempionu olub.
Bugün
Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC