AFFA İntizam Komitəsi 2 məşqçini 5 oyunluq cəzalandırıb.
Presssport.az xəbər verir ki, qurumun bugünkü iclasında belə qərar qəbul edilib.
AFFA U-16 Liqasında keçirilən ASTA – “Dinamo” (Bakı) oyununda “Dinamo”nun köməkçi məşqçisi Çıraq Behbudov qarşılaşmanın 88-ci dəqiqəsində hakimi təhqir edib. Nəticədə o, qırmızı vərəqə ilə texniki zonadan kənarlaşdırılıb. İntizam Komitəsi məşqçinin 5 oyuluq cəzalandırılmasına qərar verib.
Digər xoşagəlməz hal isə U-13 Liqasında qeydə alınıb. “Məhəllə uşaqları” (Sumqayıt) – İOEUGİM (Sumqayıt) oyununda İOEUGİM-un köməkçi məşqçi Asif Əsgərov qarşılaşmanın 52-ci dəqiqəsində meydana daxil olub. O, hakimlər briqadasını təhqir edib. Buna görə də məşqçi 5 oyunluq cəzalandırılıb.
Bugün
Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC