AFFA "Şamaxı"nın fubolçusu Brahim Konateni 1 oyunluq cəzalandırıb.
Presssport.az xəbər verir ki, bu barədə İntizam Komitəsinin bugünkü iclasında qərar qəbul edilib.
Belə ki, Misli Premyer Liqasının IX turunun “Səbail”lə matçının 63-cü dəqiqəsində Konate 2-ci “sarı”dan qırmızı vərəqə alıb. Buna görə də 28 yaşlı fransalı yarımmüdafiəçi 1 oyunda komandasına kömək edə bilməyəcək.
Həmçinin "Şamaxı" futbolçusuna görə 500 manat cərimələnib.
Xatırladaq ki, sözügedən oyunda "Səbail" 2:0 hesablı qələbə qazanıb.
Bugün
Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC