UEFA İngiltərə - Azərbaycan matçının idarəçiliyini qadın hakimə tapşırıb

21 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının Avropa çempionatının seçmə mərhələsinin son turu çərçivəsində İngiltərə yığması ilə səfərdə keçirəcəyi matçın hakim təyinatları açıqlanıb.

Presssport.az xəbər verir ki, görüşü Xorvatiyadan olan hakimlər briqadası idarə edəcək. 

Maraqlıdı ki, baş hakim qadın referi İvana Martinçiç olacaq. Ona yan xətt hakimləri qismində Sanya Rodyak-Karşiç və Maya Petraviç kömək edəcək. Dördüncü hakim funksiyasını isə Sabina Boliç yerinə yetirəcək.

Onu da bildirək ki, oktyabrın 15-də “Ashton Gate” stadionunda keçiriləcək İngiltərə - Azərbaycan oyunu Bakı vaxtı ilə saat 22:30-da başlayacaq. 

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC