Almaniya yığmasının türk əsilli sabiq futbolçusu, dünya çempionu Məsut Özil "Qarabağ"ın ardınca “Zirə”nin qonağı olub.
Presssport.az xəbər verir ki, görüşdə qəsəbə təmsilçisinin Muşahidə Şurasının sədri Orxan Məmmədov və əsas komandanın baş məşqçisi Rəşad Sadıqov iştirak edib.
35 yaşlı keçmiş yarımmüdafiəçi Zirə İdman Kompleksində klubun U-19 komandası ilə görüşüb və futbolçulara öz tövsiyələrini verib.
Xatırladaq ki, Özil karyerası ərzində Almaniyada "Şalke", "Verder", İspaniyada "Real", İngiltərədə "Arsenal", Türkiyədə "Fənərbaxça" və "Başakşehir" kimi klubların formasını geyinib. O, 2014-cü ildə Almaniya yığması ilə dünya çempionu olub.
Bugün
Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC