Bu gün Azərbaycan U-21 millisi Avropa çempionatının seçmə mərhələsi çərçivəsində IX turun oyununa çıxıb.
Presssport.az xəbər verir ki, Samir Əliyevin komandası Ballimena şəhərində Şimali İrlandiyanın müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşıb.
Görüş millimizin ağır məğlubiyyəti ilə başa çatıb ki, hətta qapıçımızın avtoqolu da olub. Azərbaycan millisi 9 oyuna 5 xal yığaraq qrupda sonuncu yerdədi və son matçını 4 gün sonra səfərdə İngiltərəylə keçirəcək.
12 oktyabr
18:00. Şimali İrlandiya (U-21) - Azərbaycan (U-21) 5:0
Qollar: Çarli Allen, 11 (pen), MakKiernan, 56, Kelli, 64, Devenni, 68, Rüstəm Samiqullin, 81-öz qapısına
Baş hakim: Heini Ziskason Viðoy
Baş hakimin köməkçiləri: Dan Petur Pauli Højgaard, Jan Hermansen
Dördüncü hakim: Bjarki Danielsen
(Hakimlər briqadası Farer adalarındandır)
The Showgrounds stadionu
Şimali İrlandiya: 1. Stefen MakMullan, 2. Karl Conston (k), 21. Ruairi MakKonvill, 4. Aron Donnelli, 3. Sin Stüart, 10. JJ MakKirnan, 14. Tommi Foqarti, 6. Jastin Devenni, 7. Çarli Allen, 8. Patrik Kelli, 8. Deyl Teylor
Baş məşqçi: Tommi Rayt
Azərbaycan: 1. Rüstəm Samiqullin, 15. Süleyman Damadayev, 4. Cəlal Hüseynov (k), 5. Mahir Həsənov, 3. Rüfət Abbasov, 13. Emil Səfərov, 14. Rauf Rüstəmli, 16. Qurban Səfərov, 10. Samir Abdullayev, 17. Murad Vəliyev, 9.Musa Qurbanlı
Baş məşqçi: Samir Əliyev
Bugün
Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC