Mahir Emreli: "İnkişaf etmək istəyiriksə, bu cür rəqiblərə uduzmamalıyıq"

Azərbaycan millisinin futbolçusu Mahir Əmrəli Estoniyaya 1:3-lük məğlubiyyətindən sonra Newsport.az-ın "Misli"nin dəstəyi ilə Tallinə ezam olunmuş əməkdaşına müsahibə verib.

Presssport. az həmin müsahibəni təqdim edir:

- Mahir, öncə oyunla bağlı fikirlərini öyrənək...

- İlk hissəni yaxşı oynadıq. Epizodlardan da istifadə etsəydik, fərqli olardı. İkinci hissəyə isə çox pis başladıq. Bəlkə də bunun bir səbəbi də ikinci qolu tez buraxmağımız idi. Hər halda, bu cür məğlubiyyət üzücüdür. Ümid edirəm ki, bu oyundakı səhvlərimizdən daha yaxşı nəticə çıxardıb növbəti oyunda yaxşı nəticə əldə edərik.

- Məğlubiyyətə əsas səbəb kimi nəyi görürsən?

- Qəti cavab vermək çox çətindir. Rəqibin qollarında da xüsusi bir bacarıq yox idi. Deyək ki, üçüncü qolda fərdi ustalıq var idi. Amma ilk iki qol komanda olaraq, özümüzün səhvi, diqqətsizliyi ucbatından oldu. 

- İki gündən sonra evdə Slovakiya ilə oyunumuz var. Həmin oyunla bağlı nə düşünürsən?

- Bu cür turnirlərdə üzülməyə də vaxtın olmur. Təbii ki, bu cür məğlubiyyətlər insana toxunur, inkişaf etmək istəyiriksə, bu cür rəqiblərə uduzmamalıyıq. Slovakiya ilə oyuna həm psixoloji, həm də fiziki cəhətdən yaxşı hazırlaşmalıyıq. Rəqib də yaxşı komandadı, son Avropa çempionatında da bunu göstərdilər. Ümid edirəm ki, nəticə və oyun baxımından hər şey daha yaxşı olacaq.

- Klubundak durumun necədi?

- Zədədən yeni qayıtmışam. Üç oyun oynamışam, ikisini əsas heyətdə meydançaya çıxmışam. Sağ olsun baş məşqçimiz, rəhbərlik, klubun menecerləri bu baxımdan mənə çox dəstək olur. Xeyli müddət zədəli olmağım da oyunuma təsirini göstərir. Amma qələbə olduqca hər şey yoluna düşəcək. Çox xoşdur ki, son turda da qələbə qazandıq.

- Digər ölkələrlə Almaniya futbolunun fərqi nədir?

- Hər şeydə fərq var. "Dinamo" Zaqreb ola bilsin bu gün Avropada daha tanınmış klubdu, amma "Nürnberq"in də tarixi böyükdür. Kimlərsə düşünə bilər ki, II liqa olduğu üçün geri addım atmışam, amma xeyr, çempionatın səviyyəsi baxımındna irəli addım atdığımı düşünürəm. II Bundesliqa çox səviyyəli çempionatdı, ümid edirəm ki, orda olan atmosferi bir gün özünüz də gəlib görəcəksiniz. Çox xoşdur orda oynamaq. Orada olan şərait, meydançalar çox yüksək səviyyədədir, insan məşqə də həvəslə gedir. Mən də bu imkanlardan istifadə edib daha da artırmaq istəyirəm.

- Gələcək planın nədi - "Nürnberq"də qalmaq, yoxsa buradan tramplin kimi istifadə etmək?

- Onu gələcəkdə görəcəyik. Mənim necə mövsüm keçirməyimdən, eləcə də komandanın nə düşündüyündən çox şey asılı olacaq. İndiki halda, yalnız yaxşı nəticələrə köklənmişəm. Çünki qələbələr gəldikcə, hər şey daha da yaxşı olacaq. Təbii ki, qollar da vurmaq istəyirəm, amma bu baxımdan eqoist futbolçu deyiləm. İlk növbədə komandanın qələbəsi mənim üçün daha önəmlidir. Yeri gəlmişkən, Almaniyada bizə bunu da öyrətdilər.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC