Türkiyə millisinin italiyalı baş məşqçisi Vinçentso Montella yığmanın tarixinə düşüb.
Presssport.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, 51 yaşlı italiyalı mütəxəssis “ay-ulduzlular”ın “sükanı arxası”nda ardıcıl 3 ev oyununda qələbə qazanmağı bacaran ilk baş məşqçi olub.
O, bunu ötən gün UEFA Millətlər Liqasının III turunda Monteneqro ilə Samsunda keçirilmiş matçda (1:0) nail olub.
Türkiyə yığması Montellanın rəhbərliyi altında daha əvvəl evdə keçirdiyi görüşlərdə İslandiya (3:1) və Latviyanı (4:0) məğlub edib.
Xatırladaq ki, B Liqasının IV qrupunda yer alan türklər 3 turdan sonra 7 xalla ilk pillədə qərarlaşıb.
Bugün
Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC