"Qarabağ" rəsmisi Toralla bağlı türklərə danışdı: "Qalatasaray"la gələcəklə bağlı işbirliyi planımız var"

“Qarabağ”ın və millimizin futbolçusu Toral Bayramovla "Qalatasaray"ın maraqlanması haqda xəbərlər gündəmi zəbt edib. 

Presssport.az xəbər verir ki, bununla bağlı Türkiyənin məşhur “Fanatik” nəşri Ağdam klubunun mətbuat katibi Anar Hacıyevin fikirlərini öyrənib. O, 22 yaşlı cinah müdafiəçisinin transferiylə bağlı gündəmdə bir şey olmadığını söyləyib: “Klublar arasında hər hansı rəsmi bir təklif olmadı. Belə bir şey müzakirə olunmadı”.

Məlumdu ki, “Qalatasaray”ın idman direktoru Cenk Ergün keçən həftəsonu Bakıya səfər edərək, “Qarabağ”ın Premyer Liqanın son turunda “Səbail”lə səfər matçını keçirildiyi "ASCO Arena"dan izləyib. Hacıyev “Qalatasaray”la gələcəklə bağlı bir işbirliyi planlarının olduğunu da vurğulayıb: “Bunun üçün də Cenk bəy Bakıya gələrək rəhbərliyimizlə “Səbail” - ”Qarabağ" matçını izlədi. “Qalatasaray”la çox yaxşı münasibətlərimiz var".

Xatırladaq ki, Toralın hazırkı klubuyla 2026-cı ilədək müqaviləsi var. 

 

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC