Slovakiya millisinin 3 futbolçusu Bakıda oynamayacaq

Slovakiya millisi UEFA Millətlər Liqasının C1 qrupunun IV turunda Azərbaycan yığmasıyla Bakıda keçirəcəyi oyundan öncə 3 itki yaşayıb.

Presssport.az xəbər verir ki, Slovakiya millisinin italiyalı çalışdırıcısı Françesko Kaltsona İsveçlə matçda (2:2) zədələnən Adam Obert, eləcə də növbəti dəfə cəzalanan Denis Vavronun xidmətindən istifadə edə bilməyəcək.

Matuş Bero isə dünənki məşqdə zədələnib.

Xatırladaq ki, Azərbaycan - Slovakiya oyunu sabah Tofiq Bəhramov adına Respublika stadionunda saat 20:00-da start götürəcək.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC