Oktay Dərəlioğlu "Presssport"a "Neftçi"ni ayağa qaldıra biləcəyini dedi: "Deyəsən, Abdullah Avçı yüksək məbləğ istəyib, mənimsə yüksək rəqəmlərdə gözüm yoxdu"

Ukraynalı mütəxəssis Roman Qriqorçuku istefaya göndərəndən sonra yeni baş məşqçi axtarışında olan “Neftçi”nin kiminlə anlaşacağı maraqla gözlənilir. Namizədlər sırasında adı çəkilən Oktay Dərəlioğlu üçün Azərbaycan tanış məkandı. Axı, o, futbolçu karyerasını bir mövsümünü burda - "Neftçi"nin prinsipial rəqibi olmuş “Xəzər Lənkəran”da keçirib. 49 yaşlı mütəxəssislə əlaqə saxlayıb məsələyə aydınlıq gətirməyə çalışdıq. Keçmiş hücumçu Presssport-az eksklüziv müsahibəsində bir sıra məqamlara toxunub. 

Müsahibənin birinci hissəsini sizə təqdim edirik:

  • - Azərbaycandan təklif aldığınızı demisiniz. Bu, “Neftçi”di? 
  • - Hazırda məni axtaran yoxdu. Azərbaycanda sevilirik, bizə maraq var. Amma dediyim kimi, məni arayıb-sorusan yoxdu. Bu, olursa, məmnuniyyətlə oturub danışarıq, dəyərləndirərik. Təbii ki, ciddi, rəsmi bir təklfi olarsa. Azərbaycanda “Qol kralı” olmağım, mövsümün oyunçusu seçilməyim var, orda yaxşı bir mövsüm keçirdim, rekordlarımız da var. Azərbaycanlılar tərəfindən sevilirəm, mən də onları sevirəm. Olursa təklif, canla-başla işləmək üçün hər şeyimiz var. Son olaraq Şimali Makedoniyada “Qostivar”la məğlubedilməz çempionluq qazandıq. Ordakı uğurumuz hər halda, yetərlidi. Təklif olursa, sevə-sevə “Neftçi”də işləyərik. Niyə də çalışmayım?
  • - Bəs, Türkiyə və Makedoniyadan təkliflərinizin olması doğrudu?
  • - Bəli, başqa təkliflərim var və bunları dəqiqləşdirməyə çalışıram. Bu, 7-10 günün içində baş verəcək və ona uyğun hərəkət edəcəm. Amma təbii ki, hansı təkkif gələcəyimizlə bağlı bizə uyğun olarsa, onu da seçəcəyik. Çünki gələcəkdə Premyer Liqada baş məşqçilik etmək istəyirəm. Bunun üçün də hər şeyim var - PRO lisenziyam, bütün karyeram. Gördüyümüz iş ortadadı və dəyərləndirmək mərhələsindəyəm. Azərbaycanda bizə maraqlı təklif gələrsə, sevə-sevə gələrəm.
  • - Amma “Neftçi”dən heç bir zəng belə olmayıb…
  • - Yox-yox. Məni kimsə aramadı.
  • - Maraqlıdı, sizcə, bu söhbətlər hardan çıxıb?
  • - Təbii ki, Azərbaycanda adımız var, dəyərləndirilir. Hazırda Türkiyədə və dünyada da klublar baş məşqçi planında bilmirlər ki, necə birisini gətirək. Futbolçu sağda oynayr, onu görürsən. Lakin məşqçinin beyni, ağlı önəmlidi. Karyeramız, keçmişimiz, adımız var, lakin ağlımız çox işləyir. Beyin gücü də var, bu, futbolda çox önəmlidi. Yaxşı məşqçi istəyirsən, nə oynadacaq, hansı taktikaya üstünlük verəcək - bunları araşdırmaq lazımdı. Təbii ki, zamanla görürsən, anlayırsan. Təəssüf ki, Türkiyədə və dünyada nəticələr əsasən qərar verilir. Yalnız “Mançester Yunayted”də belə deyil - Erik de Haaq dünyanın ən şanslı baş məşqçisidi (gülür). 
  • - “Neftçi”ni izləyirsinizmi? O mənada ki, son 2 ildə 4 əcnəbi baş məşqçini yola salıb. Onlar arasında oynadığınız vaxtdan yaxşı tanıdığınız Adrian Mutu kimi canlı əfsanə də var…
  • - Bilirəm-bilirəm. “Neftçi” çox adlı-sanlı klubdu. Bizim vaxtda - “Xəzər Lənkəran”da oynayanda onlarla çempionluq yarışında idik. Orda da “Neftçi”ylə müasibətlərimiz yetərincə yaxşı idi. Avropada da tanınan klubdu. İndi "Qarabağ" çox yaxşı çıxış edir. Bunu necə etdi? Çünki davamlı yeni baş məşqçiylə çalışdı - Qurban Qurbanovla.
  • - Bəli, artıq 16-ci ildi…
  • - O da dostumdu, tanıyıram onu Azərbaycanda birgə oynadığımız dövrdən. “Neftçi” də belə bir şey etməlidi. Ən əsası, sabitlik yaratmalıdı - bu, çox önəmlidi! Onu təmin edib büdcəyə uyğun infrastruktur yaradılmalıdı. Mənim vaxtımda bu pis idi Azərbaycanda, indi deyəsən, yaxşıdı. “Neftçi” turnir cədvəlində sonlarda imiş. 
  • - Elədi, 9-ci yerdədi, ilk dövrəni qələbəsiz bitirən tək komandadı. “Neftçi” azarkeşləri artıq neçə ildi çox üzgündü…
  • - “Neftçi”yə gəlib onu ayağa bilərəm, bunu edə biləcək gücümüz var (gülür).
  • - “Neftçi”yə gəlsəniz, lənkəranlı azarkeşlər sizdən küsməz? Axı “Qalatasaray” - “Fənərbaxça” kimi prinsipiallıq var…
  • - Yox, küsməzlər. Çünki “Xəzər Lənkəran” hazırda bağlanan klub olduğunu bilirəm.
  • - Doğurudu, amma lənkəranlı futbolsevərlər yenə də var.
  • - Onlar sevinər Azərbaycana gəldiyim üçün. 
  • - “Neftçi” rəhbər şəxslərindən bir həmyerliniz - Cenk Sümer. Sizin kimi “Beşikaş”lı olub. Maraqlıdı, bunu bilirdiniz?
  • - Açığı, yox. İndi “Neftçi”də işləyir, vaxtilə “Beşiktaş”da çalışıb?
  • - Bəli, müxtəlif postlarda. 
  • - Tanımıram onu.
  • - Hətta deyilənə görə, Türkiyədə olaraq “Beşiktaş”ın və millinizin sabiq baş məşqçisi Abdulla Avçıyla danışıqları olub…
  • - Bax, ondan xəbərim oldu. Deyəsən, Avçı yüksək bir məbləğ istəyib. Amma "Neftçi"dən bizə təklif gəlsə, maddi planda anlaşarıq. Çox yüksək rəqəmlərdə gözüm yoxdu. Gəlib özümü isbatlayıb münasib rəqəm qarşılığında “Neftçi” kimi klubu ayağa qaldıraram. 
  • - Amma onu da bilin ki, “Neftçi”də işləmək çox çətindi. Ora “qaynar qazan” kimi bir yerdi…
  • - (gülür) Heç sıxıntı deyil. Çətinliyi sevərik, onun öhdəsindən gəlmək bizə asandı. 
  • - “Neftçi”yə gəlsəniz, tanıdığınız azərbaycanlı köməkçi götürərsiniz?
  • - Olar. Tanıdığımız, danışdığımz çox dostum var - çox sevdiyim Füzuli Məmmədov, qardaşım Alim Qurbanov, Ədəhim Niftəliyev (gülür).
  • - Maşallah, adları yadınızdan çıxmayıb…
  • -  Təbii. Ən çox yaxın olduğum dostlarım-qardaşlarımdı. Belə bir variant olsa, zövqlə onlarla yenidən bir yer komandada olaram.
  •   
  • Davamı var….

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC