Elvin Cəfərquliyev sabah daha yaxşı oynayacağımıza inanır: "Üç gündən bir oyundan özümün də xoşum gəlir"

"Slovakiya ilə matça çox ciddi hazırlaşacağıq. Əlimizdən gələni edəcəyik ki, maksimum nəticə qazanaq. Ümid edirəm ki, qələbə ilə ötən məğlubiyyətləri unutduracağıq. Matça qələbə üçün çıxacağıq".

Presssport.az xəbər verir ki, bu sözləri Azərbaycan milli komandasının müdafiəçisi Elvin Cəfərquliyev deyib.

O, ardından jurnalistlərin suallarını cavablandırıb.

- Estonlara qarşı demək ən yaxşı futbolçumuz idin. Müdafiə xəttində vəziyyət necədir?

- Özümü komanda yoldaşlarımdan fərqləndirməzdim. Öz işimi görürəm. Fərdi olaraq səhvlərimiz oldu. Bu gün Estoniya ilə oyuna baxmışıq. Bəzi səhvlərimiz var idi. Xüsusilə də müdafiədə. Sabah daha yaxşı çıxış etməyə çalışacağıq.

- Keçən il Estoniyanı udmuşduq, bu dəfə uduzduq. Bir ildə nə dəyişdi?

- Dəyişikliklər nəsə deyə bilmərəm. Bu dəfə də qalib gələ bilərdik. Epizodlardan düzgün istifadə edə bilmədik. İlk yarıda bir xeyli epizodumuz oldu. Qaçırdınsa, rəqib səni cəzalandıracaq.

- Millinin heyətində üzdə olan oyunçular oynayır. Fərd olaraq ən yaxşılardır. Niyə komanda şəklində alındıra bilmirsiz?

- Səbəbini sizə deyə bilmərəm. Nə bilim. Açıqlama verə bilməyəcəm. Çox yaxşı oyunçularımız var. Ümid edirəm ki, komanda şəklində daha yaxşı çıxış edəcəyik.

- Hazırkı karyeranın ən yaxşı dövrünü yaşayırsan. Həm klubun “Qarabağ”da, həm də millidə 3 gündən bir 90 dəqiqə oynayırsan. Fiziki və psioloji cəhətdən özünü necə hiss edirsən? 

- Təkcə bu il deyil ki, üç gündən bir oynayıram. Çoxdandır ki, bu sistemdə oynayıram. Üç gündən bir oyundan özümün də xoşum gəlir. Tempi saxlayırsan, düşmürsən.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC