Santuş da uğursuzluğa görə pərişandı: "Azərbaycan millisiylə nəticə qazanmaq mümkün deyil" ifadəsini heç vaxt işlətməyəcəm"

"Nəyin baş verməsindən asılı olmayaraq, hər oyuna pozitiv köklənməliyik. Buna məcburuq. Çünki xallar qazanmalıyıq. Futbolçularıma güvənirəm".

Presssport.az xəbər verir ki, bu sözləri Azərbaycan milli komandasının baş məşqçisi Fernandu Santuş Millətlər Liqasının C1 qrupunun Slovakiya ilə görüşündən əvvəl keçirilmiş mətbuat konfransında deyib.

O, ardından jurnalistlərin suallarını da cavablandırıb.

- AFFA rəhbərliyi milliyə tez-tez baş məşqçilər dəvət edir. Hamısı təcrübəli, tanınmış simalardır. Müxtəlif məşqçilər gəlsə də, milli yenə də uğursuz nəticə verir. Problem nədədir?

- Təbii ki, çox çalışmalıyıq. Müəyyən oyun fəlsəfəsi olduğu halda, uzun müddət bunun oturuşması üçün çox çalışmalısan. Bu yolda səylərimizi davam etdirməliyik. Artıq hücum planında müəyyən mənada istədiyimiz şeyləri görməyə başlamışıq. Son oyunda bu aspektlərdə komandamız sırf hücum planında göstərdi ki, daha çoxunu edə bilər. Epizodlarımız oldu, amma faydalana bilmədik. Amma qol epizodları yaratmağa davam etsək, daha çox faydalana bilərik. Hazırkı vəziyyətdə komandanın əsas problem qollar buraxmaqdır. Çox qol buraxırsansa, oyunun taleyini həll etmək çətinləşir. Tək Azərbaycana şamil olunmur, bütün dünyada bu tendensiya var. Çox qol vuran komanda da qələbəyə daha yaxın olur. Müdafiə planında işləməli olduğumuz elementlər çoxdur. Digər aspektlərdə də inkişaf etməliyik. Üç məşqə bunları etmək mümkünsüzdür. Bunun üçün daha çox məşq etmək, daha çox oyunlara çıxmaq lazımdır. Oynadıqca görəcəyik ki, problemlər bir-bir aradan qalxır. Müdafiə planına daha çox fokuslanmalıyıq, daha çox intensivlik tələb olunur. Komandanın formalaşmasında sadaladığım amillər mühüm rol oynayır.

- Estoniyada da çox qol buraxdınız. Sabahkı oyunda müdafiə xəttində dəyişikliklər olacaq?

- Ümidvaram ki, Estoniyadakı baş verməz. Matçın ilk hissəsini 2:0 tamamlamaq üçün hər şeyi etmişdik. Qol epizodlarımız var idi. Yaratdığın qol fürsətlərindən istifadə edə bilmirsənsə, rəqib də qol vurursa, nəticə qazanmaq çətinləşir. Qollar buraxdıqdan sonra da futbolçulara psixoloji təsir edir. Futbol hər yerdə eynidir, Portuqaliya, İspaniya, İngiltərə, Gürcüstan və.s. Hər yerdə eyni tendensiyadır. Artıq futbolçularda stabil olaraq, düşüncə tərzi olmalıdır ki, müdafiədə qol buraxmayacağıq və qollar vuracağıq. İnkişaf etməliyik. Gələcəyə nikbin baxmaq lazımdır. Bir ildən sonra bu komanda istənilən rəqibə qarşı normal futbol oynayacaq. Hazırkı vəziyyətdə nəticələrdən məmnun deyilik. Özüm də nəticələrə görə xoşbəxt deyiləm. Hamıdan əvvəl nəticə mənim özümü məmnun etmir. Milli məşqçilik karyeramın 15 faizini məğlubiyyətlər təşkil edir. Mənim üçün yaxşı hal deyil. İlk növbədə özüm haqda düşünməliyəm. Bura gələcək layihə ilə bağlı gəlmişəm. Azərbaycanda gələcək üçün normal komanda formalaşdırmaq istəyirəm. Eyni motivasiya, eyni istəklə davam etmək niyyətindəyəm. Asan olmayacaq. Azərbaycanın bütün matçlarını izləmişəm. Portuqaliya millisinin baş məşqçisi kimi Azərbaycana qarşı da oynamışam. Azərbaycan futbolu haqda məlumatlı idim. Bura gəlməzdən öncə artıq inanırdım ki, gələcək layihəyə köməyim dəyəcək. Əgər sırf karyeramla bağlı soruşursuzsa, hazırkı vəziyyət özüm üçün də ürəkaçan deyil. Təcrübəliyəm və qazanmaq istəyirəm. Bura gəlməzdən öncə buradakı layihəyə inanırdım. Bunu reallaşdıracam. Mümkün qədər qələbə qazanmağa öz qatqımı verəcəm.

komanda üçün önəmlidir. Təkcə Azərbaycan dilində danışmağı kifayət etmir.

- 2016-cı ildə Portuqaliya millisi Estoniyanı 7:0 hesabı ilə məğlub etməklə, sizin rəhbərliyiniz altında ən böyük hesablı qələbəsini qazandı. Amma 2 gün əvvəl Azərbaycan millisi sizin başçılığınız altında həmin komandaya 1:3 uduzdu. 8 ildə Estoniya futbolu inkişaf edib, yoxsa siz məşqçi kimi geriləmisiz?

- Sizcə normal deyil? Portuqaliyanın həmin dönəmdə 7:0 hesablı qələbəsi kifayət qədər normaldır.

- Azərbaycana gələn əcnəbi məşqçilər komanda və ölkə ilə tanış olduqdan sonra deyirlər ki, potensial var., nəsə etmək olar və.s. Amma elə həmin mütəxəssislərin 90 faizi 2-3 ildən sonra deyirlər ki, bu komanda ilə heç nə etmək olmaz. Bu cür açıqlamaları sizdə də görəcəyik?
- Eynisi deməyəcəm. Bu işlətdiyiniz ifadəni heç vaxt istifadə etməyəcəm. Yəni "mümkün deyil" ifadəsi. Həqiqətədir. Bu cür mesajlar futbolçulara da ötürülə də bilməz. Mən öz xarakterimə bələdəm. Məsuliyyəti öz üzərimə götürürəm. Əgər 2-3 ildən sonra verdiyim vədlər boşa çıxsa, yenə də məsuliyyəti özüm daşıyacam. İstənilən halda, bu vəziyyət olarsa, federasiyadan, azarkeşlərdən üzr istəyəcəm. Ancaq deməyəcəm ki, bu komanda ilə alınmır. 2028-ci ilə qədər müqaviləm var. Milli komandanın çıxış etdiyi bütün turnirlərdə baş məşqçi kimi bütün məsuliyyət məndədir. Əgər 2028-ci ilə qədər hansısa vəziyyətdə AFFA qərar versə ki, yolumuza davam etməyəcəyik. Azərbaycan haqda bundan sonra belə, heç bir mənfi təəssüratım ola bilməz. Öz xarakterimə bələdəm.

- Hazırda milli komandamızın bu durumda olmasının günahkarı sizsiz, futbolçular, yoxsa AFFA rəhbərliyi?

- Hər kəsin öz payı var. Çünki qələbə də birlikdədir, uğursuzluq da. Hazırkı vəziyyətdə onsuz da çətin vəziyyətdir. Kiminsə boynuna yıxmaq düzgün olmazdı. Qələbə qazandığımız halda da, AFFA-nın, futbolçuların, məqçilərin, Azərbaycanın qələbəsidir. Bəzən problemlər qaçılmaz olur. Buna görə məyusuq. Qələbə qazanırsansa, birlikdə edirsən, uduzursan da, birlikdədir. Dostum var idi, mənə bir söz demişdi, heç vaxt günahı başqalarının boynuna yıxma. Hər biri öz günahımızdır. Beş barmağın var, hansına deyə bilərsən ki, günah hansındadır? Yuxarıda hər şeyi Allah görür.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC