“Turan Tovuz” və futbolçu Budaq Nəsirov arasında bağlanan müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib.
Presssport.az xəbər verir ki, bu haqda Tovuz klubunun mətbuat xidməti rəsmi məlumat yayıb. Tovuzlular uzun müddət futbolsuz qalan, əslən bu rayondan olan Nəsirovu keçən yay heyətinə cəlb etmişdi. 28 yaşlı yarımmüdafiəçiylə uzunmüddətli - 3 illik müqavilə imzalanmışdı.
Xatırladaq ki, aşağı yaş qruplarından ibarət tığmalarımızda çıxış etmiş Budaq “Turan Tovuz-2”də Əvəzedicilər liqasında "Səbail-2" ilə matçda təcavüzkar davranışa - komanda yoldaşını vuraraq qırmızı vərəqə aldığına AFFA İntizam Komitəsi tərəfindən 4 oyunluq cəzalanmış, klubunu 400 manat ziyana salmışdı.
Bugün
Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC