"Sərhədçi" basketbol klubunun baş məşqçisi Evren Alkaya "Abşeron"la keçirilən yoldaşlıq görüşündən sonra komandanın hazırlığını dəyərləndirib.
Presssport.az verir ki, klubun mətbuat xidmətinə danışan türkiyəli mütəxəssis matçın əvvəlində yaxşı oynamadıqlarını, sonradan toparlandıqlarını vurğulayıb: “Çox mübarizəli oyun oldu. İki komanda da çempionata hazır görünürdü. Bu matçlar komandalara müsbət təsir edir. Hesabda geri düşdük. Matçın əvvəlində hücumlara çıxış yaxşı alınmadı. İlk yarının sonuna qədər istədiyimiz kimi oyun göstərib bərabərliyi təmin etdik. Birinci hissədən sonra da düşündüyümüz hücumları həyata keçirib qalib gəldik".
Məşqçi yaxşı mübarizə üçün əllərindən gələni əsirgəməyəcəklərini söyləyib: “Abşeron”u çox yaxşı gördüm. Erhan Koç komandanı yaxşı hazırlayıb, çempionata rəng qatacaqlarını düşünürəm. Onlara uğurlar arzulayıram. Biz də yaxşı mübarizə aparmaq üçün əlimizdən gələni edəcəyik. Oyunçularım yaxşı mübarizə apardı. Bu gün meydanda “döyüşən” komanda var idi. Qazandıq və buna sevinirəm”.
Xatırladaq ki, yoldaşlıq görüşü “Sərhədçi”non 82:71 hesablı qələbəsi ilə yekunlaşıb.
Bugün
Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC