Bolqarıstanın paytaxtı Sofiyada 23 yaşadək (U-23) boksçular arasında Avropa çempionatı davam edir.
Presssport.az xəbər verir ki, yarışın 3-cü günündə Azərbaycan millisinin daha 2 boksçusu qələbə qazanıb.
51 kq-da mübarizə aparan Nicat Hüseynov ilk görüşündə Skott Riçardsla (Uels) döyüşüb. 1/8 final mərhələsi çərçivəsində baş tutan görüş boksçumuzun 5:0 (30:27, 30:27, 30:27, 30:27, 29:28) hesablı qələbəsi ilə yekunlaşıb. Hüseynov 1/4 finalda ispaniyalı Rafael Serrano ilə qüvvəsini sınayacaq.
Murad Allahverdiyev də ilk qarşılaşmasını xeyrinə bitirib. O, Aleksey Koktsikava (İBAB) 3:2 (28:29, 29:28, 30:27, 28:29, 30:27) hesabı ilə qalib gəlib. Allahverdiyev 1/4 finalda Matviy Rajba (Ukrayna) ilə münasibətinə aydınlıq gətirəcək.
Onu da bildirək ki, Avropa çempionatında kişi boksçular arasında 1/4 final mərhələsinin görüşləri oktyabrın 16-da keçiriləcək.
Bugün
Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC