Mahir Emreli qırmızı vərəqə almasına və bu səbəbdən tənqid olunmasına münasibət bildirib: "Durum nə qədər əleyhimə görünsə də...

Millimizin futbolçusu Mahir Emreli sosial şəbəkə hesabında paylaşım edib.

Presssport.az xəbər verir ki, 27 yaşlı hücumçu UEFA Millətlər Liqasının 4

IV turunda evdə Slovakiya yığması ilə qarşılaşmada (1:3) qırmızı vərəqə almasına və bu səbəbdən tənqid olunmasına münasibət bildirərək bunları yazıb:

“Hörmətli azarkeşlər!

Öncə dəstəyinizə görə təşəkkür edirəm! Hər biriniz içimdə olan Vətən sevgisini, Bayraq sevgisini yəqin ki, bilirsiniz. Uşaq yaşlarımdan milli komandanın müxəlif yaş qruplarında oynamışam və uzun müddətdir ki, milli komandanın üzvüyəm. Bəzən içimdəki qalib olmaq istəyi həddindən artıq çox olur. Bu istəyi oyunumda hər zaman göstərmək istəmişəm! Bəzən alınır, bəzən isə yox. Futbol saniyə oyunudur. Elə olur ki, qol vurmaqdan çox bəzən qolun qarşısını da almaq lazım olur va nəticə vərəqə ilə sonlanır.

Durum nə qədər əleyhimə görünsə də, inanıram ki, futbol azarkeşləri məni başa düsür. Təbii ki, tənqid qaçılmazdır və mən sağlam tənqidə hər zaman açığam! Bir də bilirəm ki, uman yerdən küsərlər. Ona görə məndən istəyiniz və təzyiqiniz çoxdur! Bu, məni qorxutmur, əksinə sevindirir. Daha yaxşı olmağa, daha çox məşq etməyə va daha çox inkişaf etməyə məni sövq edir!

Ümid edirəm, gələcək oyunlarımda qollarım ilə sizi sevindirəcəyəm! Bildirmək də istəyirəm ki, tənqidiniz də, sevginiz də, dəstəyiniz də mənim üçün çox dəyərlidir!”

Xatırladaq ki, Mahir 2-ci sarı vərəqəyə görə meydandan çıxarılıb və həmin vaxt hesab 1:1 olub. Bundan sonra 2 qol buraxan millimiz 1:3 uduzaraq ardıcıl 4-cü məğlubiyyətini alıb.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC