Toral Bayramov millinin düzgün yolda olduğunu sayır: "Yolumuzdan dönməsək, belə davam etsək, gələcəkdə uğulara imza ata bilərik"

Azərbaycan milli komandası UEFA Millətlər Liqası qrup mərhələsinin IV turunun oyununda Bakıda Slovakiyaya 1:3 hesabı ilə məğlub olub.

Presssport.aXxəbər verir ki, yığmamızın yeganə qolunun müəllifi Toral Bayramov matçdan sonra “CBC Sport”a açıqlama verərək komanda yoldaşı Mahir Emrelinin aldığı qırmızı vərəqənin nəticəyə təsir göstərdiyini söyləyib:

"Oyun barədə danışılası çox şey yoxdur. Çətin olacağını bilirdik. Əslində,  matça pis başlamamışdıq. Sadəcə, plana daxil olmayan bir qol buraxdıq. Amma sonra toparlanıb hesabı bərabərləşdirə bildik. Pis oynamadıq. Oyunun qırılma nöqtəsi qırmızı vərəqə oldu. Qarşıdakı görüşlərə hazırlaşacağıq. Əlimizdən gələni edəcəyik ki, uğursuz seriyaya son qoyaq". 

Bayramov portuqaliyalı baş məşqçi Fernandu Santuşun rəhbərliyi altında millinin uğurlara imza atacağına inandığını deyib: "Yeni başlamışıq. Qısa müddətdə hər şeyi mükəmməl etmək mümkün deyil. Düşünürəm ki, düzgün yoldayıq. Yolumuzdan dönməsək, belə davam etsək, gələcəkdə uğulara imza ata bilərik. Yüksək yerlərdə olmaq istəyirik, hədəfimiz budur. Həmişə oynadığımız oyunla da bunu göstəririk. Sadəcə bəxt bizim tərəfimizdə olmur. Hamı görür ki, bu turnir başlayandan pis təsir bağışlamırıq. İrəlidə hər şey yaxşı olacaq".

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC