Kaltsona Bakıya çox yorğun gəldiklərini deyib: "Azərbaycanla matçda üstün oynadıq, rəqibə də çox imkan verdik və bu, xoşuma gəlmir"

Slovakiya milli komandasının baş məşqçisi Françesko Kaltson UEFA Millətlər Liqası qrup mərhələsinin IV turu çərçivəsində Azərbaycanı 3:1 hesabı ilə məğlub etdikləri matçdan sonra açıqlama verib. Presssport.az xəbə veri ki, İtalyan mütəxəssis rəqibdən üstün oynadıqlarını vurğulayıb: “Çətin matç idi, amma belə olacağını gözləyirdik. Bakıya çox yorğun getmişdik. Bu, görünürdü. İsveçlə oyun bizdən çox enerji aldı. Azərbaycanla matçda üstün oynadıq. Rəqibə də çox imkan verdik və bu, xoşuma gəlmir. Bəzi şeylərə görə futbolçuları günahlandırmağa məcburam. Amma düşünürəm ki, komanda özünü yaxşı tərəfdən göstərdi. Növbəti turda İsveçə qarşı oynayacağıq. Rəqib inanılmaz dərəcədə güclüdü”.

Xatırladaq ki, slovaklar onlara qələbə gətirən son 2 qolu say üstünlüyündə vurub.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC