Azərbaycan boksçusu Marjona Savriyeva (50 kq) Bolqarıstanın paytaxtı Sofiyada keçirilən Avropa çempionatında yarımfinala yüksəlməklə minimum bürünc medalı təmin edib.
Boks Federasiyasından Presssport.az-a verilən məlumata görə, 1/4 finaldan mübarizəyə başlayan idmançı Nili Brukla (Şotlandiya) üz-üzə gəlib.
Rəqib ilk raundda zədələndiyindən həkimlər döyüşün davam etdirilməsinə icazə verməyib. Qalib elan olunan Savriyeva özü üçün ən azı bürünc medalı təmin edib.
Onu d bildirək ki, idmançımız oktyabrın 17-də yarımfinalda Dominika Kuçzevska (Polşa) ilə gücünü yoxlayacaq.
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC