Ceyhun Nuriyev milli üçün sadəcə, vuruşmalı olduqlarını sayır: "Günahı tək Mahirin üstünə atmaq düz olmazdı”

"Məğlubiyyətdən sonra danışmaq çətin olur. Uduzulası oyun deyildi”.

Presssport.az xəbər verir ki, bu sözləri UEFA Millətlər Liqasının IV turunda Slovakiya yığması ilə Bakıda keçirilən oyundan sonra milli komandamızın futbolçusu Ceyhun Nuriyev deyib. 

O, 1:3 hesablı məğlubiyyəti belə şərh edib: “Matçın əvvəlində şanssız qol buraxdıq. Lakin sonradan hesabı bərabərləşdirdik. İkinci hissəyə çox yaxşı başladıq. Hesabda önə də keçə bilərdik. Bunun üçün şanslarımız da var idi. Təəssüf ki, oyunun qırılma anı qırmızı vərəqə oldu”. 

Yarımmüdafiəçinin fikrincə, azlıqda qalmasaydılar, nəticə tam fərqli olardı: “Buna əminəm, çünki oyunun gedişatı belə düşünməyə əsas verir. Epizodlarımız vardı. Topa nəzarət edirdik. 10 nəfər qaldıqdan sonra bizi “otuzdurdular” qapıya. Sona qədər dözə bilmədik”.

Nuriyev məğlubiyyətə görə tək qırmızı vərəqə alan Mahir Emrelinin günahkar olmadığını vurğulayıb: “Uduzmuşuqsa, bu, hamının məsuliyyətidi. Bütün komanda uduzub. Günahı tək Mahirin üstünə atmaq düz olmazdı”.

O, qrup mərhələsinin son 2 matçında qalib gəlməyə çalışacaqlarını vurğulayıb: “Ardıcıl 4 məğlubiyyət pis nəticədir. Belə olmasını istəməzdik. Ən acı məğlubiyyət Estoniya ilə matçda oldu. İndi xalsız qalmamalı idik. Qarşıdakı 2 matça maksimum nəticə üçün çıxacağıq, hədəf 6 xaldı. Milli üçün sadəcə, vuruşmalıyıq”. 

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC